Bütün xəbərlər
İnquşetiyada 11 keçmiş məmur mənimsəmədə şübhəli bilinərək saxlanılıb
Tarix: 15-02-2023 23:20 | Bölmə: Karusel


Rusiya Pensiya və Sosial Sığorta Fondunun vəsaitlərini mənimsəməkdə şübhəli bilinən İnquşetiyanın keçmiş məmurlarının evlərində və ofislərində azı 50 axtarış aparılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İnquşetiyada fevralın əvvəlində “Dələduzluq” maddəsi ilə cinayət işi başlanıb. Müttəhimlər arasında keçmiş məmurlar və Rusiya Pensiya Fondunun regional bölməsinin əməkdaşları da olub. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk çərşənbə günü, fevralın 15-də bildirib ki, hazırda mənimsəmədə şübhəli bilinən 11 nəfər saxlanılıb.
Cinayət işinin istintaqı çərçivəsində polis əməkdaşları, FSB və Milli Qvardiya əməkdaşları şübhəlilərin yaşayış və iş yerlərində axtarışlar aparıblar. İstintaq üçün əhəmiyyət kəsb edən sənədlər və kompüter avadanlığı götürülüb.

İstintaqın təfərrüatları araşdırılır.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər