Bütün xəbərlər
Rusiyalı həkimlər Türkiyədə zəlzələdən zərər çəkən 850 nəfərə yardım edib
Tarix: 15-02-2023 11:29 | Bölmə: Karusel


Həftə ərzində Rusiya prezidentinin tapşırığı ilə Türkiyəyə ezam olunmuş 11 nəfərlik rusiyalı həkim briqadası Türkiyənin zəlzələdən ən çox zərər çəkmiş bölgələrində Fövqəladə Hallar Nazirliyinin həkimləri ilə birgə çalışıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, travmatoloqlar, neyrocərrahlar, cərrahlar, uşaq cərrahları və anestezioloq-reanimatoloqların daxil olduğu Rusiyanın federal klinikalarından olan bir qrup həkim Rusiya Fövqəladə Hallar Nazirliyinin səyyar xəstəxanası çərçivəsində Türkiyədə zərərçəkənlərə gecə-gündüz yardım göstərib. Həftə ərzində uşaqlar da daxil olmaqla 850-yə yaxın qurbana yardım göstərilib. Bu barədə TASS Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsova istinadən məlumat yayıb.
Bəzi xəstələr binanın uçmaq təhlükəsi olduğundan stasionar xəstəxanalara getməkdən qorxduqları üçün təhlükəsiz yerdə yerləşən Rusiya xəstəxanasını seçdilər. Digərləri məqsədyönlü şəkildə rus həkimlərinin yüksək peşəkarlığına güvənərək onların yanına getdilər. Çərşənbə axşamı Rusiya Səhiyyə Nazirliyinin həkimləri humanitar missiyada iştirakını başa vuraraq evlərinə gediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 14-də bildirib ki, zəlzələ qurbanlarının sayı 35 min 418 nəfərə çatıb, 105 minə yaxın insan xəsarət alıb.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər