Bütün xəbərlər
Medvedev Rotterdamda keçirilən turnirə qələbə ilə başlayıb
Tarix: 15-02-2023 10:37 | Bölmə: Karusel


Rusiyanın keçmiş birinci raketkaçısı Daniil Medvedev Rotterdamda keçirilən "ATP-500" tennis turnirinin ikinci mərhələsinə yüksəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, rusiyalı ispaniyalı Alejandro Davidoviç-Fokineni məğlub edib.
Medvedev ispaniyalıya üç setdə qalib gəlib. O, qarşılaşmaya ilk setdə məğlubiyyətlə (4:6) başlasa da, sonrakı iki setdə o, 6:2, 6:2 hesablı qələbə qazanıb.
“Ahoy Rotterdam” arenasının sərt meydançasında rəqiblər 1 saat 57 dəqiqə vaxt sərf ediblər.
Medvedev müsabiqənin ikinci mərhələsinə adlayıb, Davidoviç-Fokina Hollandiyada çıxışlarını başa vurub. Rusiyalı tennisçinin növbəti rəqibi ya fransalı Kenten Elis, ya da hollandiyalı Botik van de Zanlşulp olacaq.



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər