Bütün xəbərlər
Rusiya millisi braziliyalı futbolçularla bir sıra oyunlar keçirə bilər
Tarix: 14-02-2023 21:27 | Bölmə: Karusel


Rusiya Futbol İttifaqı Braziliyanın aparıcı klubları ilə bir sıra yoldaşlıq oyunları keçirmək imkanını nəzərdən keçirir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, oyunlar ölkə çempionatında mart fasiləsi zamanı baş tuta bilər.
Martın 20-dən 30-a kimi milli komandaların oyunları keçiriləcək. Rusiya millisinin futbolçuları braziliyalılarla oynaya bilər.
“Sport-Ekspress”in məlumatına görə, RFU yoldaşlıq görüşlərinin keçirilməsi üçün müxtəlif milli federasiyalarla danışıqlar aparır. Rusiya komandası ilə Braziliya klubları arasında silsilə görüşlərin variantı nəzərdən keçirilir.
Hələlik nə Rusiya millisinin potensial rəqibləri, nə oyunların sayı, nə də keçiriləcəyi yer məlum deyil. Oyunların martın 20-dən 30-a kimi keçirilməsi planlaşdırılır.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər