Bütün xəbərlər
Ukrayna üzərində də isti hava şarları göründü
Tarix: 14-02-2023 20:58 | Bölmə: Karusel


Fevralın 12-də Dnepropetrovsk vilayəti üzərində səmada künc reflektorları olan şarlar göründü.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndəsi Yuri İqnat deyib.
Onun sözlərinə görə, bu obyektlər Rusiya ərazisindən buraxılıb, bundan sonra onlar hava axınlarında aşağı sürətlə hərəkət ediblər.
Yerli KİV-in məlumatına görə, Ukraynanın hava hücumundan müdafiə sistemi bu şarları vurub.
Xatırladaq ki, fevralın 2-də ABŞ üzərində səmada naməlum şar peyda olandan sonra mediada şarlar mövzusu aktiv şəkildə müzakirə olunmağa başlayıb. Amerikalılar bunun Çin kəşfiyyat balonu olduğunu güman etdilər və iki gün sonra onun qarşısını almaq üçün qırıcılar buraxdılar. ÇXR bunun kursunu itirmiş meteoroloji zond olduğunu bildirib.
Daha sonra ABŞ hərbçiləri birinci şardan xeyli kiçik olan daha üç “naməlum obyekt”i qeydə alıblar. Onlardan ikisi ABŞ, üçüncüsü isə Kanada üzərində vurulub. Eyni zamanda Ağ Ev bildirib ki, hazırda bunların xarici kəşfiyyat vasitələri olduğuna dair heç bir sübut yoxdur.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər