Bütün xəbərlər
İsveçrə polisi Berndə əməliyyat keçirib
Tarix: 14-02-2023 20:54 | Bölmə: Karusel


Polis Bern şəhərinin mərkəzində parlament və hökumətin yerləşdiyi İsveçrə Federal Sarayının ərazisində əməliyyat keçirir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl şəhərin mərkəzi meydanının və ona bitişik küçələrin avtomobildə olan şübhəli şəxsə görə mühasirəyə alındığı bildirilirdi. Bundan əlavə, insanlar bir neçə binadan təxliyə edilib.
Yerli polisin mətbuat xidmətinin Twitter-də verdiyi məlumata görə, şübhəli şəxs artıq saxlanılıb, lakin ərazi hələ də bloklanıb, maşına istehkamçı robot göndərilib.



Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər