Bütün xəbərlər
"Tu-95MS" Berinq dənizi üzərində 7 saatdan çox vaxt keçirib
Tarix: 14-02-2023 12:24 | Bölmə: Karusel


Rusiya Müdafiə Nazirliyi çərşənbə axşamı Berinq dənizi üzərində iki "Tu-95MS" strateji raketdaşıyıcısının uçuşunu elan edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, neytral sular üzərində planlaşdırılan uçuş 7 saatdan çox çəkib.
İki strateji bombardmançı təyyarəni Şərq Hərbi Dairəsinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinə məxsus "Su-30" qırıcıları müşayiət edib.
Müdafiə departamenti qeyd edib ki, Rusiya hərbi pilotları beynəlxalq qanunlara ciddi riayət etməklə müntəzəm olaraq Arktika, Şimali Atlantika, Qara və Baltik dənizləri və Sakit okean suları üzərində uçuşlar həyata keçirirlər.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər