Bütün xəbərlər
Qaz kəmərində güclü yanğın baş verib
Tarix: 13-02-2023 23:35 | Bölmə: Karusel


Yaroslavl vilayətinin Mışkinski rayonunda fevralın 13-ü axşam saatlarında qaz kəmərinin bir hissəsində diametri təxminən bir metr olan qopma baş verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə böyük yanğına səbəb olub.
TASS agentliyinin regional xilasedicilərə istinadla verdiyi məlumata görə, hadisə Yeremeitsevo kəndi yaxınlığında baş verib. Hadisə yerinə yanğınsöndürənlər gəlib, xəsarət alan olmayıb.
Hadisə şahidlərinin çəkdiyi kadrlara əsasən, kəmərin qopduğu yerdə qaz məşəli müşahidə edilib. RİA Novosti-nin verdiyi məlumata görə, qaz kəməri borunun quru və sualtı hissələrinin qovşağında qopub. Sızma başlayandan dərhal sonra fövqəladə vəziyyətə qarşı sistem işlədi, qazın verilişi dayandırıldı.
Hadisə yerində baş verən yanğın qalıq qazın yanmasıdır. İndi fövqəladə hadisə yerində alov artıq müşahidə edilmir. Hadisə əhalinin qaz təchizatına təsir etməyib. Yanğının baş vermə səbəbləri və şəraiti araşdırılır.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər