Bütün xəbərlər
Spartak Abaskalla müqaviləni 2025-ci ilə qədər uzadıb
Tarix: 13-02-2023 22:12 | Bölmə: Karusel


Moskva "Spartak"ının baş məşqçisi Gilyermo Abaskal "ağ-qırmızılar"la yeni müqavilə imzalayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
İspan mütəxəssisin yeni müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Moskvalıların rəsmi saytı Abaskalın sözlərindən sitat gətirib: "Kluba etimada görə təşəkkür etmək istəyirəm. "Spartak" bir ailədir. Biz birlikdə qələbələrə doğru irəliləməyə davam edirik".
İspan 2022-ci ilin yayında "Spartak"a rəhbərlik edib. Bu mövsüm RPL çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşan "qırmızı-ağlar" 17 turdan sonra 36 xal toplayıb.



Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər