Bütün xəbərlər
Türkiyədə zəlzələ: iki futbol klubu çempionatdan çıxdı
Tarix: 13-02-2023 16:35 | Bölmə: Karusel


Türkiyədə baş verən fəlakətli zəlzələnin nəticələri təkcə bir çox insanın həyatına təsir etmədi, böhran ayrı-ayrı strukturları bürüdü.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, beləliklə, ölkə futbol çempionatından iki komanda - "Hatayspor" və "Qaziantep" geri çəkildi.
Türkiyədə son 80 ilin ən güclü zəlzələsi 25 mindən çox insanın həyatına son qoyub. Faciə türk futboluna da təsir etdi: Superliqanın iki klubu birdən-birə çempionatdan çıxdı - “Hatayspor” və “Qaziantep”. Beləliklə, yüksək divizion 19 komandadan 17-yə enəcək.
Qazianteplilərin oynamağa davam etməməsi etirafla müşayiət olunur: "Belə bir fəlakətdən sonra futboldan danışmağa belə güc qalmır. İlk öncə zəlzələ zamanı dünyasını dəyişən vətəndaşlara Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik. ." Qaziantep Super Liqada 10-cu olub.
“Hatayspor” fevralın 9-da çempionatdan çıxması ilə bağlı federasiya rəhbərliyinə məlumat verib. Zəlzələ zamanı klubun bir neçə nümayəndəsi xəsarət alıb: futbolçular Burak Öksüz, Bertuq Yıldırım, Kərim Alıcı və məşqçilər Ekrem Ekşioğlu və Osman Ateş dağıntılar altından xilas edilib.
Eyni zamanda, “Hatayspor”un ən məşhuru, “Çelsi”nin və Qana millisinin 31 yaşlı sabiq yarımmüdafiəçisi Kristian Atsu hələ də dağıntılar altındadır. Həmçinin klubun idman direktoru Taner Savut hələ də tapılmayıb.
"Championship.com" xəbər verir ki, xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirir, evlərini itirənlər üçün Hatay stadionunun yaxınlığında çadır şəhərciyi qurulub. Türkiyədən verilən məlumata görə, çempionatın qalan matçlarında "Qaziantep" və "Hatayspor" 0:3 hesablı məğlubiyyət hesab olunacaq. Amma hər iki komanda növbəti mövsüm üçün Superliqadakı yerini qoruyacaq. “Qaziantep” və “Hatayspor”a federasiya və digər klublar tərəfindən maliyyə yardımı göstəriləcək.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər