Bütün xəbərlər
Avro 2008-in bürünc mükafatçısı Jirkov təqaüdə çıxdı
Tarix: 12-02-2023 22:55 | Bölmə: Karusel


Rusiya millisinin, ÇSKA, “Zenit” və “Çelsi”nin sabiq futbolçusu Yuri Jirkov peşəkar karyerasını başa vurub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə 39 yaşlı idmançı "Legends Cup" turnirində məlumat verib.
"Mən burada oynayıramsa, yəqin ki, bəli. Siz belə düşünməlisiniz", - Jirkov TASS jurnalistinin peşəkar karyerasını bitirməsi ilə bağlı sualını cavablandırıb.
Futbolçu daha əvvəl klublardan layiqli təklif almayacağı təqdirdə futbolu tərk edəcəyini bildirmişdi.
Jirkov ikiqat ölkə çempionu, dördqat Rusiya kubokunun və Superkubokunun qalibi, UEFA kubokunun qalibi, Premyer Liqa çempionu, İngiltərə kuboku və Superkubokunun qalibidir.
Rusiya millisinin tərkibində oyunçu 2008-ci il Avropa çempionatının bürünc mükafatçısı oldu. Milli komandada 104 oyun keçirib, 2 qol vurub və 11 məhsuldar ötürmə edib.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər