Bütün xəbərlər
Dubaydan Mahaçqalaya uçan təyyarə Bakıda məcburi eniş edib
Tarix: 12-02-2023 16:19 | Bölmə: Karusel


Dubaydan Mahaçqalaya uçan “Boeing 737 FlyDubai” təyyarəsi təyinat hava limanında güclü duman səbəbindən Bakıda məcburi eniş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın məlumatına görə, təyyarə yerli vaxtla saat 03:52-də (Moskva vaxtı ilə 02:52) Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
Təyyarənin sərnişinləri və ekipajı hazırda tranzit zonadadır və uçuşu gözləyir.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər