Bütün xəbərlər
Samsonova Abu Dabidə keçirilən turnirin finalçısı olub
Tarix: 11-02-2023 23:15 | Bölmə: Karusel


Rusiyalı Lyudmila Samsonova Abu Dabidə Qadınlar Tennis Assosiasiyasının turnirində finala yüksəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yarımfinalda o, çinli Zhenq Qinvenə üç setdə qalib gəlib.
Tennisçilər kortda 2 saat 19 dəqiqə vaxt keçiriblər. Samsonova rəqibini 6:4, 1:6, 6:4 hesabı ilə məğlub edib.
Finalda 24 yaşlı rusiyalı Tokio Olimpiya çempionu isveçrəli Belinda Bençiçlə qarşılaşacaq.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər