Bütün xəbərlər
Qolovin PSJ ilə görüşdə dördüncü dəqiqədə hesabı açıb
Tarix: 11-02-2023 21:04 | Bölmə: Karusel


Monakoda yerli eyniadlı komanda ilə "Paris Sen-Jermen" arasında futbol üzrə Fransa çempionatının 23-cü turunun oyunu başlayıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, meydan sahibləri ilk hissənin dördüncü dəqiqəsində hesabda önə keçib.
Qolun müəllifi moneqasklıların rusiyalı yarımmüdafiəçisi Aleksandr Qolovin olub. Onun üçün bu top artıq cari mövsümdə beşinci idi.
Parisin hücumçuları Lionel Messi və Kilian Mbappe "Monako" ilə oyunu buraxıb. Üstəlik, qonaqlardan bir neçə futbolçu bağırsaq infeksiyası səbəbindən meydana birdən daxil ola bilməyib.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər