Bütün xəbərlər
Kasatkina Əbu-Dabidə keçirilən turnirdə yarımfinala yüksələ bilməyib
Tarix: 10-02-2023 19:56 | Bölmə: Karusel


Rusiyalı Daria Kasatkina Abu Dabidə keçirilən WTA 500 tennis turnirinin yarımfinalına bir addım qalmış dayanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, 1/4 finalda Çin təmsilçisi Zhenq Qinvenə uduzaraq yarışı tərk edib.
Rəqiblər meydançada 1 saat 18 dəqiqə vaxt keçirib. Çinli xanım rusiyalı tennisçini iki setdə 6:1, 6:2 hesabı ilə qəbul edib.
Yarımfinalda Qinven rusiyalılar Veronika Kudermetova və Lyudmila Samsonova arasında keçirilən görüşün qalibi ilə qarşılaşacaq.



Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər