Bütün xəbərlər
Qəza nəticəsində 80-ə yaxın adam ölüb və yaralanıb
Tarix: 10-02-2023 11:58 | Bölmə: Karusel


Tanzaniya polisi ölən və yaralananların olduğu, ölkənin mərkəzi hissəsində baş verən faciəvi qəzanı araşdırır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü axşam saatlarında paytaxt Dodoma şəhərindən Moroqoro şəhərinə gedən magistralda sərnişin avtobusu və sement daşıyan yük maşını toqquşub. Bu barədə TASS məlumat yayıb.
Qəza nəticəsində 12 nəfər ölüb, 63 nəfər yaralanıb. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, qəzaya səbəb sərnişin daşıyan sürücünün həmkarını ötməyə qərar verməsi olub.

Polis araşdırma aparır.



Baxış sayı: 157


Bölməyə aid digər xəbərlər