Bütün xəbərlər
Donald Tramp Facebook və Instagram hesablarını geri qaytarır
Tarix: 10-02-2023 11:39 | Bölmə: Karusel


ABŞ-ın keçmiş prezidenti Donald Trampın Facebook (Rusiyada qadağandır) və Instagram (Rusiyada qadağandır) sosial şəbəkələrindəki hesabları iki illik fasilədən sonra yenidən bərpa edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2021-ci ilin yanvarında Kapitoliya basqın edildikdən sonra Trampa sosial mediada qadağa qoyuldu. Bundan sonra eks-prezident özü də Truth Social sosial şəbəkəsini yaradıb. Məhz orada o, hesablarının bərpası ilə bağlı xəbərlərə münasibət bildirib. Tramp qeyd edib ki, o və abunəçiləri olmadan Meta korporasiyasının (Rusiya Federasiyasında qadağan olunmuş) nizamnamə kapitalı “milyardlarla dollar itirib”.
Bununla belə, o, Meta məhsullarından istifadəyə qayıtmaq fürsətindən istifadə edib-etməyəcəyini dəqiqləşdirməyib.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər