Bütün xəbərlər
"Beşiktaş" Barinovu almamaq qərarına gəlib
Tarix: 09-02-2023 11:58 | Bölmə: Karusel


Dmitri Barinov mövsümün qalan hissəsini “Lokomotiv”də keçirəcək. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Beşiktaş" rusiyalı yarımmüdafiəçini almaqdan imtina edib.
"Beşiktaş" və "Lokomotiv" Dmitri Barinovla bağlı danışıqları dayandırıb. Klublar 26 yaşlı yarımmüdafiəçinin qiymətində razılaşmayıb.
Türkiyə klubu Barinovu qış transfer pəncərəsində almağa hazırlaşırdı. Amma "Lokomotiv" kapitanını 5 milyon avrodan aşağı buraxmaq istəməyib. Bu məbləğ “Beşiktaş”a yaraşmırdı.
“RB Sport”un məlumatına görə, klublar arasında bütün əlaqələr kəsilib. Barinovun "Beşiktaş"a keçidi uğursuz alınıb. Amma futbolçunun "Lokomotiv"lə müqaviləsi yayda başa çatır və yeni müqavilə hələ imzalanmayıb.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər