Bütün xəbərlər
“Lokomotiv” Dziuba və Smolnikovu rəsmən təqdim edib
Tarix: 08-02-2023 21:19 | Bölmə: Karusel


"Lokomotiv" klubu "Zenit"in iki keçmiş futbolçusu Artem Dzyuba və İqor Smolnikovla müqavilə imzaladığını rəsmən açıqlayıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hər iki futbolçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Dzyuba Moskva klubunda yeddinci, Smolnikov isə səkkizinci nömrə altında çıxış edəcək, "dəmiryolçular"ın rəsmi saytında bildirilir. Hücumçu mövsümün ilk hissəsində Türkiyənin "Adana Dəmirspor", müdafiəçi isə "Torpedo"da çıxış edib.
Dzyuba "Spartak", "Tom", "Rostov", "Zenit", "Tula Arsenal"ı və Rusiya millisində çıxışları ilə tanınır. Smolnikov “Loko”nun məzunudur. Peşəkar səviyyədə “Torpedo”, “Ural”, “Çita”, “Jemçujina-Soçi”, “Rostov”, “Krasnodar”, “Zenit”, “Arsenal” və Rusiya millisində çıxış edib.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər