Bütün xəbərlər
Türkiyədə 4500-dən çox zəlzələ qurbanı olub
Tarix: 07-02-2023 21:49 | Bölmə: Karusel

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 4544 nəfərə çatıb, Fövqəladə Hallar İdarəsinin risklərin minimuma endirilməsi şöbəsinin müdiri Orxan Tatar bildirib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, həmçinin, onun sözlərinə görə, təbii fəlakətdən 26 721 nəfər zərər çəkib.
Bu arada Türkiyə Təhlükəsizlik Baş İdarəsi cəmiyyətdə çaxnaşma və qorxu salmaq üçün zəlzələ ilə bağlı təxribat xarakterli bəyanatlar yaydığına görə 7 nəfərin saxlanıldığını, birinin isə həbs edildiyini açıqlayıb.
Bundan əlavə, 16 fişinq saytı bloklanıb, onların vasitəsilə təcavüzkarlar qurbanlara kömək etmək adı altında pul çıxarıblar və bu vəsaitlərin köçürüldüyü bir neçə kripto pul kisəsi dondurulub.
Özünü dövlət qurumu kimi təqdim edən 4 sosial media hesabı da müəyyən edilib.
Xatırladaq ki, fevralın 6-na keçən gecə Türkiyə və Suriyanın bir sıra bölgələrində güclü zəlzələ baş verib və son 100 ildə Türkiyədə ən güclü zəlzələ olub - onun maqnitudası 7,7 olub.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər