10:02 / 25-04-2026
Mənimdir -Vüqar Əhməd
Bütün xəbərlər
İngiltərə klubları Manchester City davasını səbirsizliklə gözləyir
Tarix: 07-02-2023 11:45 | Bölmə: Karusel


Premyer Liqa klubları bu mövsüm "Mançester Siti" ilə bağlı məsələyə baxılmasını istəyir.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əgər “Siti” maliyyə pozuntusunda təqsirli bilinərsə, klubu ciddi cəzalar gözləyir.
İngiltərə Premyer Liqası "Mançester Siti"yə qarşı maliyyə pozuntusu ilə bağlı ittiham irəli sürüb. İngiltərənin yüksək divizionunda çıxış edən klublar bu işin mümkün qədər tez həll olunmasını istəyir.
İngiltərə Premyer Liqasının təhqiqatı bir neçə il davam etdi. Nəticələr hüquq-mühafizə orqanlarına təhvil verilib. “Mançester Siti” xalların kəsilməsi və Premyer Liqadan kənarlaşdırılma təhlükəsi ilə üzləşib.
Bununla belə, işə baxılması bir neçə il çəkə bilər. Amma "Sport-Ekspress"in məlumatına görə, İngiltərə Premyer Liqası klubları "Mançester Siti" ilə bağlı vaxtından əvvəl hökm çıxarmaqda israrlıdır.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər