Bütün xəbərlər
Sumqayıt karateçisinin növbəti uğuru
Tarix: 07-02-2023 00:03 | Bölmə: Karusel

03-05 fevral 2023-cü il tarixlərində Kiprin Larnaka şəhərində karate(WKF) üzrə yeniyetmə və gənclər arasında 50-ci Avropa çempionatı keçirilib. 48 ölkədən 1114-əyaxın idmançının qatıldığı mötəbər yarışda milli yığma komandanın tərkibində çıxış edən Sumqayıt karate məktəbinin yetirməsi Aysu Əliyeva (-59 kq) bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub.
Qeyd edək ki, Aysu Əliyevanın məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Rövşən Allahverdiyedir.
İdmançımızı təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayırıq!

Sabaha-inamla.az





Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər