Bütün xəbərlər
Türkiyədə 1500-dən çox insan həyatını itirib
Tarix: 06-02-2023 20:30 | Bölmə: Karusel


Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay güclü zəlzələ nəticəsində itkilərlə bağlı son məlumatları açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 1541 nəfər ölüb, 9733 vətəndaş xəsarət alıb. TASS xəbər verir ki, son məlumatlara görə, 3471 bina dağılıb.
Bazar ertəsi səhər tezdən Türkiyə və Suriyanın bir sıra bölgələrində artıq güclü zəlzələ baş verib ki, bu da son yüz ildə Türkiyədə ən güclü zəlzələ olub. Yenilənmiş məlumata görə, onun maqnitudası Rixter şkalası üzrə 7,7 bal təşkil edib.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər