Bütün xəbərlər
Türkiyə yeni yeraltı təkanlar olduğu bildirilir
Tarix: 06-02-2023 16:16 | Bölmə: Karusel


Seysmoloqlar Türkiyədə yeni zəlzələlər olduğunu bildirirlər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 7,7 bal gücündə növbəti təkanların episentri Qəhrəmanmaraş şəhərindən bir neçə on kilometr şimal-şərqdə yerləşib.
TASS-ın məlumatına görə, yeni zəlzələnin ocaqları iki kilometr dərinlikdə yerləşib. Bundan sonra Kahramanmaraşın şimalında 5,9 bal gücündə daha bir təkan baş verib.
Bundan əvvəl Türkiyədə daha bir yeraltı təkan barədə də məlumat verilmişdi. RİA Novosti-nin məlumatına görə, onun maqnitudası əvvəlcə 5,8 qiymətləndirilirdi, lakin sonradan 5,8-ə yüksəldilib.
Türkiyədə bazar ertəsi səhər baş verən güclü zəlzələdən sonra yeni təkanlar və afterşoklar baş verir. Türkiyə hakimiyyətinin ilkin məlumatlarına görə, ölkədə ən azı 912 nəfər kataklizmin qurbanı olub, 5 min yarıma yaxın insan xəsarət alıb.
“Bloomberg” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərindən sitat gətirib: “Bir əsrin ən dəhşətli fəlakəti bizi sarsıtdı”. Ölkə başçısı 1939-cu ildə 33 minə yaxın insanın ölümünə səbəb olan zəlzələni nəzərdə tuturdu. Ərdoğan eyni zamanda qeyd edib ki, yeni kataklizm nəticəsində ölənlərin sayının hansı səviyyəyə qalxacağını indidən söyləmək mümkün deyil.


Baxış sayı: 93


Bölməyə aid digər xəbərlər