Bütün xəbərlər
Türkiyədə daha bir zəlzələ Batumidə də hiss olunub
Tarix: 06-02-2023 16:07 | Bölmə: Karusel


Türkiyədə fevralın 6-da bazar ertəsi günorta saatlarında baş verən təkrar zəlzələnin əks-sədası Gürcüstanın Qara dəniz sahillərində hiss olunub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusilə də yerli media Batumi rayonunda yeraltı təkanların qeydə alındığını, bundan sonra sakinlərin evlərini tərk edərək küçələrə çıxmağa başladığını yazır.
Bundan başqa, sosial şəbəkələrdə insident zamanı lentə alınan “titrəyiş” görüntüləri yayılıb.
Xatırladaq ki, bazar ertəsi gecə Türkiyə və Suriyada böyük dağıntılara səbəb olan güclü zəlzələ baş vermişdi. Təbii fəlakət nəticəsində ölən və yaralananların sayı minlərlədir.
Günorta saatlarında bir sıra afterşoklarla müşayiət olunan təkrar güclü zəlzələ olub, onun yeni çökmələrə səbəb olduğu məlum olub.


Baxış sayı: 120


Bölməyə aid digər xəbərlər