Bütün xəbərlər
Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in 370 nəfərlik heyəti Türkiyəyə göndərilir
Tarix: 06-02-2023 11:14 | Bölmə: Karusel

Azərbaycan Prezidentinin tapşırığı ilə FHN-in 370 nəfərlik heyəti Türkiyəyə göndərilir



Fevralın 6-da səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.
Sabaha-inamla.az xəbər verir ki, bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.



Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər