Bütün xəbərlər
Roman Pavlyuçenko: “Ufa” mənsiz oynayacaq
Tarix: 04-02-2023 22:28 | Bölmə: Karusel


Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya millisinin sabiq hücumçusu, 2008-ci il Avropa çempionatının bürünc mükafatçısı Roman Pavlyuçenko "Ufa" ilə müqavilə imzalamayacağını bildirib.
"Sport24.ru" Pavlyuçenkodan sitat gətirir: "Şamil Qazızovla müqavilə üzrə danışdıq, hətta yaxşı şərtlərlə razılaşdıq. Bir sıra səbəblərə görə biz bu vəziyyətdən çıxmaq qərarına gəldik".
İdmançı qeyd edib ki, matça az vaxt qalıb, forma almağa ehtiyac var. Roman təklifə görə Qazizova da təşəkkür edib.
"Biz başa düşdük ki, bu, çox kortəbii qərardır və reallaşa bilməyəcək. Vaxt çox azdır. Biz hay-küy saldıq, çoxları mənə böyük ümid bağlaya bilərdi, amma bu ümidləri doğrultmaq üçün şərait mənim üçün çətin idi. "Ufa" mənsiz oynayacaq" , - oyunçu sözünü yekunlaşdırıb.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Pavlyuçenko futboldan getdiyini açıqlamışdı.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər