Bütün xəbərlər
Modelyer Pako Raban 88 yaşında vəfat edib
Tarix: 03-02-2023 20:24 | Bölmə: Karusel

Fransız modelyer Pako Rabanne 88 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Paco Rabanne" moda evinin nümayəndələri məlumat verib.
"Paco Rabanne bu gün 88 yaşında vəfat edən uzaqgörən dizayner və qurucumuzun xatirəsini ehtiramla yad etməyi arzulayır”, - bəyanatda deyilir.
Moda evinin nümayəndələri onu 20-ci əsrin moda dünyasının ən mühüm simalarından biri adlandırıblar və onun irsi daimi ilham mənbəyi olaraq qalacaq.
Modelyer Brittanidəki Ploudalmeso kommunasındakı evində dünyasını dəyişib. Ölümün səbəbi açıqlanmır.


Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər