Bütün xəbərlər
Ukraynalı şair Dmitri Pavlıçko vəfat edib
Tarix: 30-01-2023 11:53 | Bölmə: Karusel

Sovet və ukraynalı şair, siyasətçi Dmitri Pavlıçko yanvarın 29-u axşam saatlarında 94 yaşında vəfat edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ukrayna Milli Yazıçılar Birliyinin rəhbəri Mixail Sidorjevski məlumat verib.
Pavlıçko şair, ədəbiyyatşünas, siyasətçi, diplomatdır. 1990-cı illərdə o, Ukraynanın Polşa və Slovakiyadakı səfiri olub. O, birinci, üçüncü və dördüncü çağırış Ali Radanın deputatı olub. O, həm də Ukrayna Yazıçılar Birliyinin katibliyində işləyib. O, Ukraynanın birinci prezidenti Leonid Kravçukun rəhbərlik etdiyi “NATO-da Ukrayna Uğrunda Hərəkat”ın təşkilat komitəsinin üzvü olub.


Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər