Bütün xəbərlər
Sambo üzrə üçqat dünya çempionu Puşnitsa vəfat edib
Tarix: 27-01-2023 19:26 | Bölmə: Karusel


Sambo üzrə üçqat dünya çempionu Aleksandr Puşnitsa uzun sürən xəstəlikdən sonra Omskda dünyasını dəyişib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məşhur sovet idmançısının 73 yaşı var idi.
Ümumrusiya Sambo Federasiyasının rəsmi saytı Aleksandr Mixayloviçin ölüm xəbərini yayıb. Son illər SSRİ-nin əməkdar idman ustası xərçənglə mübarizə aparırdı.
Puşnitsa üç dəfə dünya çempionu olub (1974, 1979, 1983). O, eyni sayda Dünya Kubokunun sahibi olub (1977, 1980, 1987). Avropa çempionatında da iki qələbəsi var (1976, 1984). Bundan əlavə, Puşnitsa doqquz dəfə SSRİ çempionudur (1974-1980, 1983, 1984).


Baxış sayı: 99


Bölməyə aid digər xəbərlər