Bütün xəbərlər
Latviya Rusiya səfirinin getməsini tələb edib
Tarix: 23-01-2023 23:48 | Bölmə: Karusel

Latviya Rusiyanın Riqadakı səfiri Mixail Vanindən fevralın 24-dək respublikanı, Latviya səfiri Maris Riekstinsin isə həmin tarixdə Rusiyanı tərk etməsini tələb edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Latviya Xarici İşlər Nazirliyinin məlumatına görə, Vanin yanvarın 23-də nazirliyə çağırılıb. Orada ona Latviyanın fevralın 24-dən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini müvəqqəti işlər vəkili səviyyəsinə endirmək qərarı və respublika ərazisini tərk etmək zərurəti barədə məlumat verilib.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri və Liberal Demokrat Partiyasının lideri Leonid Slutski artıq Rusiyanın Latviyanın qərarına adekvat cavab verəcəyinə söz verib.
Onun sözlərinə görə, qərar “rəsmi Riqanın ardıcıl rusofob xəttinin ruhundadır”. Slutski onu da qeyd edib ki, Vaffen-SS-nin nəsilləri və veteranları hələ də paytaxt küçələri ilə yürüş edən Latviya üçün Rusiyaya hər hansı şərt qoymaq olmaz.
"Bu gün biz neonasizmlə mübarizə aparırıq, dünyanı "qəhvəyi vəba"dan qoruyuruq. Latviya tərəfi ardıcıl olaraq keçmiş nasist cinayətkarlarının şöhrətlənməsinə, qisas almağa və İkinci Dünya Müharibəsi tarixinin təhrif edilməsinə haqq qazandırıb", - RİA Novosti sitat gətirir.
Latviya Xarici İşlər Nazirliyinin rəhbəri Edqars Rinkeviç daha əvvəl bildirmişdi ki, diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarı “Rusiyanın Ukraynaya qarşı qəddar təcavüzünü davam etdirməsi” və Estoniya ilə həmrəylik əlaməti olaraq qəbul edilib. Moskva və Tallin də diplomatik münasibətlərin səviyyəsinin azaldığını bəyan ediblər. Fevralın 7-nə kimi iki ölkənin səfirləri onları tərk edəcək, onların yerinə müvəqqəti işlər vəkili çalışacaq.


Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər