Bütün xəbərlər
Futbol üzrə ikiqat SSRİ çempionu Valeri Urin vəfat edib
Tarix: 23-01-2023 14:22 | Bölmə: Karusel


Moskva “Dinamo”su veteranı, ikiqat SSRİ çempionu Valeri Urin vəfat edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, keçmiş hücumçunun 88 yaşı var idi.
Moskva "Dinamo"sunun və SSRİ yığmasının sabiq hücumçusu Valeri Urin 88 yaşında vəfat edib. Paytaxt klubunun mətbuat xidməti ikiqat ölkə çempionunun vəfat etdiyini açıqlayıb.
Moskva "Dinamo"su keçmiş futbolçusu Valeri Urinin vəfat etdiyini açıqlayıb. Klub Valeri Qriqoryeviçin ailəsinə və yaxınlarına başsağlığı verib. Veteranın ölüm səbəbi açıqlanmayıb.
Valeri Urin 1953-1961-ci illərdə Moskva "Dinamo"sunda hücumçu kimi çıxış edib. Moskva klubunun tərkibində Valeri Qriqoryeviç 1957 və 1959-cu illərdə iki dəfə SSRİ çempionu olub. Futbolçu həmçinin "Dinamo Kirov", "Dauqava", Belarusun Minsk və Zaporojyenin "Metallurq" klublarında çıxış edib.


Baxış sayı: 101


Bölməyə aid digər xəbərlər