Bütün xəbərlər
Peskov Putinlə bağlı açıqlamaları şərh etməyib
Tarix: 23-01-2023 14:01 | Bölmə: Karusel


Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı bir sıra siyasətçilərin 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində hazırkı dövlət başçısı Vladimir Putinin namizədliyinin irəli sürülməsinin zəruriliyi ilə bağlı bəyanatlarını şərh etməkdən imtina edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Peskov müvafiq suala “Bunu şərhsiz buraxıram” deyə cavab verib.
Kremlin sözçüsü onu da bildirib ki, prezident administrasiyası hazırda seçkilərə hazırlıqla bağlı heç bir iş görmür, çünki hətta “təşviqat kampaniyası hələ başlamamışdır” və dövlət başçısının artıq “çox aktiv qrafiki və gərgin gündəliyi” var.


Baxış sayı: 94


Bölməyə aid digər xəbərlər