Bütün xəbərlər
Moldova neytrallıqdan imtina edə bilər
Tarix: 21-01-2023 17:08 | Bölmə: Karusel


Moldova prezidenti Maia Sandu ölkənin hərbi ittifaqa qoşulmaq naminə neytrallıqdan imtina etməsinin mümkünlüyünü etiraf edib, lakin hansının olduğunu açıqlamayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sandu, "Politico"-ya verdiyi müsahibədə, indi "özümüzü müdafiə etmək qabiliyyətimiz haqqında" bir müzakirənin olduğunu söyləyib. O, Moldovanın bunu təkbaşına edə biləcəyini, yoxsa böyük bir alyansa qoşulacağını təxmin edib.
Moldova prezidenti vurğulayıb ki, neytrallığın rədd edilməsi demokratik proses vasitəsilə baş verməlidir.
Nəşr qeyd edib ki, Maia Sandu konkret olaraq NATO haqqında danışmayıb.
Xatırladaq ki, respublika neytral statusa malikdir, lakin 1994-cü ildən NATO ilə fərdi tərəfdaşlıq planı çərçivəsində əməkdaşlıq edir.
Bundan əvvəl məlumat verilmişdi ki, Moldova sakinləri böhrana görə Sandu günahlandırır və Rusiya Federasiyasından enerji müstəqilliyinə inanmırlar.


Baxış sayı: 100


Bölməyə aid digər xəbərlər