Bütün xəbərlər
Qazaxıstan immiqrantların ölkəyə girişini “sıfırlamağa” qadağa qoyub
Tarix: 17-01-2023 23:04 | Bölmə: Karusel


Qazaxıstan hakimiyyəti ölkəyə giriş qaydalarını dəyişib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, indi siz respublika ərazisində 30 gündən çox olmayan müddətə vizasız qala bilərsiniz. Lakin bu müddətin sıfırlanması, yəni Qazaxıstanı tərk edib dərhal geri qayıtmaq nəticə verməyəcək, çünki 6 ay ərzində “vizasız” günlərin sayı 90-dan çox ola bilməz.
Respublika izah edib ki, Qazaxıstan vətəndaşları üçün oxşar məhdudiyyətlər, məsələn, Gürcüstanda da mövcuddur.
Yeni qaydaların Avrasiya İqtisadi İttifaqı ölkələrinin rezidentlərinə şamil edildiyi aydınlaşdırılır. Tələblər yanvarın 27-dən qüvvəyə minir.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər