Bütün xəbərlər
"Barselona"nın ulduzu Depay "Atletiko Madrid"ə keçməyə yaxındır
Tarix: 17-01-2023 21:49 | Bölmə: Karusel


"Barselona"nın hücumçusu Memfis Depay tezliklə "Atletiko Madrid"ə keçə bilər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hollandiyalı artıq şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Mundo Deportivo xəbər verir ki, 28 yaşlı futbolçu Madrid komandası ilə 2025-ci ilə qədər müqavilə imzalayacaq. Sövdələşmənin maliyyə detalları hələlik məlum deyil. İdmançının dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.
Depay "Barselona"ya 2021-ci ilin yayında "Lion"dan keçib. “Mavi qranat”ın tərkibində Memfis 42 oyunda iştirak edib, 14 qol vurub və iki məhsuldar ötürmə verib. Həmçinin futbolçu Hollandiya millisində 86 oyun keçirib və 43 qol vurub.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər