Bütün xəbərlər
Dövlət Duması Rusiyanın xəritəsini yeniləyib
Tarix: 17-01-2023 21:37 | Bölmə: Karusel


Dövlət Dumasının binasının birinci mərtəbəsində yerləşən Rusiyanın böyük xəritəsində Donetsk və Luqansk xalq respublikaları, Zaporojye və Xerson vilayətləri də daxil olmaqla yeni sərhədlər çəkilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Denis Parfyonov Teleqarm kanalında məlumat verib.
“Maraqlı fakt: yeni xəritədən belə çıxır ki, bütün yeni rayonlar Rusiya Federasiyasına inzibati sərhədlər daxilində – Zaporojye vilayətinin paytaxtı Zaporojye şəhəri ilə daxil edilib”, - parlamentari yazıb.
2022-ci ilin payızında Rusiya prezidenti Vladimir Putin Donetsk və Luqansk Xalq Respublikalarının, həmçinin Zaporojye və Xerson vilayətlərinin Rusiyaya qəbulu ilə bağlı dörd federal konstitusiya qanunu imzalayıb.



Baxış sayı: 175


Bölməyə aid digər xəbərlər