Bütün xəbərlər
London Kiyevə 100 zirehli maşın verəcək
Tarix: 16-01-2023 22:23 | Bölmə: Karusel


Böyük Britaniya Ukraynaya 100 zirehli texnika, o cümlədən "Bulldog" zirehli transportyorları verəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu İcmalar Palatasında çıxışı zamanı müdafiə naziri Ben Uolles deyib.
Bundan əlavə, onun sözlərinə görə, Kiyev Londondan mina sahələrinin təmizlənməsi və körpülərin tikintisi üçün avadanlıq və artilleriya qüvvələrini gücləndirmək üçün onlarla PUA-nı ümumilikdə təxminən 40 milyon funt-sterlinq dəyərində alacaq, RİA Novosti xəbər verir.
Bundan əvvəl məlumat verilmişdi ki, Böyük Britaniya Kiyev rejiminə 14 “Challenger 2” tankı və 30 iri özüyeriyən haubitsa vermək niyyətindədir. Müdafiə Nazirliyindən Ukraynaya helikopterlərin tədarükü ilə bağlı məlumat təkzib edilib.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər