Bütün xəbərlər
Böyük Britaniyanın Müdafiə Nazirliyi helikopterlərin Kiyevə ötürülməsi ilə bağlı məlumatları təkzib edib
Tarix: 15-01-2023 23:26 | Bölmə: Karusel


Böyük Britaniyanın Müdafiə Nazirliyi "Apaçi" hərbi helikopterlərinin Ukraynaya ötürülməsi ilə bağlı məlumatı təkzib edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl “Mirror” qəzeti Londonun Kiyevə hərbi texnika verməsi barədə məlumat yayıb.
Britaniyanın tabloid qəzeti müdafiə sektorundakı mənbəyə istinadən yazıb ki, Böyük Britaniya “Challenger 2” tanklarını təhvil verdikdən sonra Ukraynaya 4-ə qədər “Apaçi” helikopteri təhvil verəcək.
"Sky News"-in müxbiri Deborah Hayns Twitter-də yazıb ki, Britaniya Müdafiə Nazirliyi qəzetdəki məqaləni təkzib edib. Bu məlumat həqiqətə uyğun deyil.



Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər