Bütün xəbərlər
“Rostov”un futbolçusu Danimarka çempionatına keçib
Tarix: 15-01-2023 23:09 | Bölmə: Karusel

"Rostov"un mərkəz yarımmüdafiəçisi Armin Qiqoviç Rusiya klubundan ayrılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, isveçli futbolçu karyerasını Danimarkanın "Midtyulland" klubunda davam etdirəcək.
Herninq şəhər klubunun mətbuat xidmətindən verilən məlumata görə, Qiqoviç cari mövsümün sonuna kimi icarə əsasında "Midtyulland"da çıxış edəcək. 20 yaşlı yarımmüdafiəçi üçün bu müvəqqəti transfer başqa kluba 3-cü dəfədir.
Bundan əvvəl Qiqoviç artıq İsveç “Helsinqborq”u və Danimarka “Odense”sinin rənglərini qoruyub. Sonuncular çərçivəsində isveçli cari mövsümdə 10 oyun keçirib, bir qol vurub.



Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər