Bütün xəbərlər
Vuçiç Rusiya səfiri ilə Kosovodakı vəziyyəti müzakirə edib
Tarix: 15-01-2023 22:37 | Bölmə: Karusel


Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo və Metohiyadakı vəziyyəti müzakirə etmək üçün Rusiyanın səfiri Aleksandr Bocan-Xarçenko ilə görüşüb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Serbiya lideri ilə görüş Belqradda keçirilib.
Vuviç sosial şəbəkədə Kosovo və Metohiyadakı hadisələrlə bağlı beynəlxalq aktorların diplomatik fəaliyyətinin intensivləşdirilməsi barədə məlumat verib. Serbiya lideri qeyd edib ki, o, Rusiya səfirinə Serbiyanın sülh və sabitliyin qorunması üçün böyük səylər göstərdiyini bildirib. Beynəlxalq hüququn prinsiplərinə riayət olunması prioritet olaraq qalır.
Serbiyanın baş nazirinin birinci müavini İvitsa Daçiçin daha əvvəl vurğuladığı kimi, Belqrad və Priştina arasında Brüssel razılaşmaları Ukrayna üzrə Minsk razılaşmaları ilə eyni saxtakarlığa çevrilib.
Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç “Serbiyanın öz sərhədləri var və bunlar Rusiya və ya NATO sərhədləri deyil” demişdi.
Münaqişə 2022-ci il dekabrın 6-da kəskinləşib. Daha sonra tanınmamış ərazilərin hərbçiləri bölgənin şimalında seçki komissiyalarının binalarını ələ keçirməyə başlayıblar.



Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər