Bütün xəbərlər
"Monako" "Ayaçço"nu darmadağın etdi
Tarix: 15-01-2023 22:31 | Bölmə: Karusel


Fransa Liqa 1-in 19-cu turunun matçında "Monako" doğma meydanda "Ayaçço"nu 7:1 hesabı ilə məğlub edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Moneqaskların yarımmüdafiəçisi Aleksandr Qolovin məhsuldar ötürmə edib.
Fransa çempionatının 19-cu turunun "Monako" - "Ayaçço" matçı başa çatıb. Moneqasklar Liqa 1-in yeni təmsilçisini 7:1 hesabı ilə məğlub edib.
Qaliblərin heyətində Vissam Ben Yedder het-trik, Brel Embolo iki, Aksel Disasi və Krepin Diatta bir dəfə fərqlənib. Aleksandr Qolovin 61 dəqiqə meydanda olub və Ben-Yedderə məhsuldar ötürmə verib.
Bu böyükhesablı qələbə “Monako”nu 37 xalla 4-cü pilləyə yüksəldib. 18-ci Ayaçço-nun 15 xalı var.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər