Bütün xəbərlər
"Çelsi" "Kristal Pelas"ı məğlub edib
Tarix: 15-01-2023 21:17 | Bölmə: Karusel

Son vaxtlar uğursuz çıxış edən "Çelsi" azarkeşlərini qələbə ilə sevindirib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 20-ci turunun matçında “mavilər” Londonun digər klubu “Kristal Pelas”a 1:0 hesabı ilə qalib gəlib.
Londonda İngiltərə Premyer Liqasının 20-ci turunun paytaxtın "Çelsi" - "Kristal Pelas" matçı başa çatıb. "Çelsi" 1:0 hesabı ilə qalib gəlib.
2023-cü ildə "Çelsi" üç matçda cəmi bir xal toplayıb. Amma bu dəfə "mavilər" "Kristal Pelas"ı 1:0 hesabı ilə məğlub edərək azarkeşlərinə hədiyyə edib. 64-cü dəqiqədə yeganə qolu hücumameyilli yarımmüdafiəçi Kay Havertz vurub. İki ispan qapıçı - Kepa Arrizabalaqa (“Çelsi”) və Visente Quayta (“Kristal Palas”) ilə əla görüş keçirdilər.
Bu qələbə ilə "Çelsi" 28 xal toplayıb və onuncu pillədə qalıb. “Kristal Pelas” 22 xalla iki pillə geridədir.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər