Bütün xəbərlər
Mixa Mövlya "Spartak"ı tərk edə bilər
Tarix: 14-01-2023 20:00 | Bölmə: Karusel


Sloveniyalı müdafiəçi ağ-qırmızılılarda oynaya bilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun qış transfer pəncərəsində gedəcəyi ehtimalı yüksəkdir.
"Spartak"ın sıraları müdafiəçi Mixa Mövlyanı tərk edə bilər. Sloveniyalı futbolçu Birləşmiş Ərəb Əmirliklərinə ilk təlim-məşq toplanışına moskvalılarla birlikdə uçmayıb.
"Spartak" 32 yaşlı Mövlyanı ötən payızda dəvət etmişdi. Amma təcrübəli sloveniyalı futbolçu moskvalıların ümidlərini doğrultmayıb. Mixa bir neçə qol səhvinə yol verib. O, bu mövsüm 7 oyun keçirib.
İlk təlim-məşq toplanışında Mövlinin olmaması dolayısı ilə məşqçilər korpusunun sloveniyalı ilə hesablaşmadığını təsdiqidir. Bundan əlavə, moskvalılar paraqvaylı müdafiəçi Aleksis Duarteni də alıb. “Spartak” futbolçunu qışda işə götürməyə çalışacaq. Ola bilsin ki, Mövlya tanınmış Kurban Berdıyevin çalışdırdığı "Soçi"yə qayıda bilər.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər