Bütün xəbərlər
İdman Arbitraj Məhkəməsi Rusiya futbol klublarının iddiasını rədd edib
Tarix: 13-01-2023 21:45 | Bölmə: Karusel


Rusiya çempionatında çıxış edən legionerlərlə müqavilənin dayandırılması qanuni kimi tanınıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu qərarı İdman Arbitraj Məhkəməsi (CAS) verib.
Rusiya futbol klublarının FİFA-nın əcnəbi futbolçularla müqaviləni dayandırmaq icazəsinə etiraz etmək cəhdi uğursuzluqla başa çatıb. İdman Arbitraj Məhkəməsi (CAS) RPL klublarının iddiasını rədd edib.
2022-ci ilin iyununda FİFA Rusiya çempionatında çıxış edən əcnəbi futbolçulara müqavilələri dayandırmağa və digər klublarla müvəqqəti müqavilələr bağlamağa icazə verdi. Bu qərar bir sıra RPL klublarının etirazına səbəb olub. “Zenit”, “Dinamo Moskva”, ÇSKA, “Lokomotiv”, “Soçi”, “Krasnodar”, “Rostov” və “Rubin Kazan” FİFA-nın hərəkətlərinə idman arbitraj məhkəməsində etiraz etməyə çalışıb.
Lakin RİA Novosti-nin məlumatına görə, İdman Arbitraj Məhkəməsi FİFA-nın qərarını qanuni və FİFA-nın nizamnaməsinə uyğun olaraq tanıyıb. Klubların iddiası rədd edilib.



Baxış sayı: 163


Bölməyə aid digər xəbərlər