Bütün xəbərlər
"Çelsi" Sterlinqi bir aylıq itirdi
Tarix: 13-01-2023 21:31 | Bölmə: Karusel


İngiltərə millisinin yarımmüdafiəçisi omba nahiyəsindən zədə alıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rahimin sağalması bir ay çəkəcək.
"Çelsi"nin bütün dərdlərinə daha biri əlavə olundu. Aparıcı yarımmüdafiəçi Rahim Sterlinq bud əzələsindən zədə alıb.
Sterlinq keçmiş klubu "Mançester Siti" ilə matçda diz əzələlərini zədələyib. 27 yaşlı futbolçunun müalicəsi və sağalması təxminən bir aya yaxın vaxt aparacaq. Rahim mavilərin xəstəxanasını dolduran 9-cu oyunçu oldu. Əvvəllər Nqolo Kante, Armando Broi, Bea Çilvell, Ris Ceyms, Uesli Fofana, Kristia Pulişiç, Eduard Mendi və Dennis Zakariya müxtəlif müddətlərdə zədələnib.
"Çelsi" son vaxtlar çox zəif çıxış edir. Son yeddi matçda londonlular cəmi 4 xal toplayıb və İngiltərə Premyer Liqasında onuncu yeri tuturlar.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər