Bütün xəbərlər
Kudermetova Adelaidadan finala yüksəlmədən ayrılıb
Tarix: 13-01-2023 13:35 | Bölmə: Karusel


Rusiyalı tennisçi Veronika Kudermetova Avstraliyanın Adelaida şəhərində keçirilən turnirdə finala yüksələ bilməyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, yarımfinal görüşü ərəfəsində turniri tərk edib.
Cümə günü keçirilən görüşdə rusların rəqibi isveçrəli Belinda Bençiç olub. Nəticədə onun rəqibi döyüşsüz turnirin finalına vəsiqə qazanıb. Kudermetovanın uzaqlaşdırılmasına səbəb bud nahiyəsindən zədə alması olub.
Xatırladaq ki, ikinci yarımfinalda vəsiqə oxşar üslubda oynanılıb. Onun sahibi daha bir rusiyalı tennisçi Daria Kasatkina olub. Onun rəqibi Paulo Badosa da bud nahiyəsindən aldığı zədə səbəbindən meydançaya çıxa bilməyib.

Beləliklə, Adelaidadakı turnirin baş mükafatını Kasatkina və Bençiç oynayacaq. Onların görüşü yanvarın 14-də baş tutacaq.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər