Bütün xəbərlər
Kalininqrad vilayətində saxlanılan amerikalı sərbəst buraxılıb
Tarix: 12-01-2023 22:09 | Bölmə: Karusel


ABŞ vətəndaşı Teylor Dadli azadlığa buraxılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Rusiya-Polşa sərhədində, Baqrationovsk-Bezledı keçid məntəqəsində təhvil verilib. TASS agentliyi yazır ki, Teylor anası Şelli ilə birlikdə artıq evə gedir.
Rusiya tərəfi ilə danışıqlarda Bill Riçardson Mərkəzi iştirak edib.
Xatırladaq ki, 35 yaşlı Dadli 2022-ci ilin aprelində saxlanılıb. Məlumdur ki, o, əvvəlcə musiqili konsert üçün Polşaya gəlib, oradan da Rusiyaya getməyə çalışıb. Onun niyə bunu etmək istədiyi barədə məlumat verilmir.




Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər