Bütün xəbərlər
Jurnalist Arkadi Babçenko axtarışa verilib
Tarix: 12-01-2023 13:51 | Bölmə: Karusel

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi jurnalist Arkadi Babçenkonu (Rosfinmonitorinq tərəfindən ekstremistlər siyahısına daxil edilib) axtarışa verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat idarənin məlumat bazasında dərc olunub.
Axtarış üçün əsas cinayət maddəsidir, lakin başqa təfərrüatlar verilmir.
Babçenko rusiyalı jurnalist və yazıçıdır. "Novaya qazeta". 2017-ci ildə Ukraynaya köçüb, 2018-ci ildə isə Ukraynada özünün səhnələşdirilmiş qətlində iştirak edib. 2019-cu ilin payızında Babçenko hakimiyyətin siyasəti ilə razılaşmadığı üçün Ukraynanı tərk edib.



Baxış sayı: 160


Bölməyə aid digər xəbərlər