Bütün xəbərlər
Rusiyada 4,7 min insan koronavirusa yoluxub
Tarix: 12-01-2023 13:04 | Bölmə: Karusel


Rusiyada sutka ərzində 4675 yeni COVID-19 hadisəsi aşkarlanıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xəstəliklərin sayında artım ardıcıl üçüncü gündür ki, davam edir, bir gün əvvəl 4201 yoluxma qeydə alınıb.
Operativ Qərargahdan verilən məlumata görə, sutka ərzində xəstəlikdən 48 nəfər ölüb, 4541 xəstə evə buraxılıb.
Ümumilikdə, pandemiya dövründə Rusiyada 21 841 644 nəfər koronavirusa yoluxma halı qeydə alınıb, 394 262 nəfər ölüb, 21 263 274 nəfər sağalıb.
Bundan əvvəl Rospotrebnadzor Rusiyada "Omikron" ştamının yeni subvariantı olan "Kraken" xəstəliyinin ilk halının aşkar edildiyini bildirmişdi.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər